Çin kəşfiyyatı insan qaynaqları və karyera şəbəkəsi olan “Linkedİn”dən casusluq məqsədilə istifadə edir.
Teleqraf.com-un məlumatına görə, “Nyu-York Times” nəşri ABŞ, İngiltərə və bir çox qərb ölkələrinin kəşfiyyat xidmətlərinin bunu təsbit etdiyini irəli sürüb.
Qəzet qeyd edir ki, Çinin kəşfiyyat qurumları 654 milyon insanın istifadə etdiyi “Linkedİn” üzərindən casusluq və ifşa məqsədilə istifadə edir.
İddiaya görə, Çin kəşfiyyatı bu platformadan xüsusilə sabiq dövlət məmurları ilə özəl sektorda işləyən məşhur şəxslərlə əlaqə qurmaqda yararlanır.
Google, Tvitter, Facebook kimi sosial şəbəkələrdən fərqli olaraq Linkedİn Çində qadağan edilməyib.
Məlumata görə, Danimarka Xarici İşlər Nazirliyinin əməkdaşı Conas Parello Plesner ilə məhz bu platforma üzərindən çinli iş adamı olduğunu deyən xanım əlaqə yaradıb və ona Pekində görüşməyi təklif edib.
Pekinə gedən Plesner Linkedİn-də mesajlaşdığı qadınla bərabər daha 3 nəfərin onunla görüşdüyünü deyib.
Əlavə edib ki, görüşdüyü şəxs onlara çalışması üçün təkliflər irəli sürüblər.