2 Sentyabr 2019 01:16
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Marmaris bölgəsində yerləşən Keçi adası sularında üzən qayıqda baş verən yanğın böyük təhlükə yaradıb.

Teleqraf.com xəbər verir ki, sahilə doğru üzən qayıq yanğın səbəbindən idarəetməni itirib. Alovlanan qayıq sahildəki qayalara çırpılıb.

Sahil Təhlükəsizlik Qüvvələri yanğının meşəlik əraziyə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görüblər. Qayıqdakı üç nəfər xilas edilib. Qayığın batdığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər