Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi təyin olunub.
Bu barədə baş nazir vəzifəsinə namizəd Giorgi Qaxaria bildirib.
L.İzoria həmçinin Milli Təhlükəsizlik Şurasına da rəhbərlik edəcək.
Qeyd edək ki, DTX-nin sabiq rəisi Vaxtanq Qomelauri bu gün daxili işlər naziri təyin olunub.
L.İzoria 2016-cı ilin avqustundan müdafiə naziri vəzifəsini tutub./report/