Stavropol diyarında Su-25UB hücum təyyarəsi qəzaya uğrayıb, iki pilot katapult edərək xilas olmağı bacarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, təyyarə silah-sursat olmadan planlı təlim-məşq uçuşu keçirirmiş. Hazırda axtarış-xilasetmə xidməti mütəxəssisləri katapult etmiş pilotları axtarır.
Hücum təyyarəsi insanların olmadığı əraziyə düşüb, yerdə dağıntı yoxdur.