Moda dünyasından musiqi bazarına sürətli keçid edən İvana Sərt “Çinarcık Maviş Beach Club”da üçüncü konsertini verib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin 2013-cü ildən bəri Avroviziya yarışlarına qatılmamasına baxmayaraq İvana Sərt tezliklə müsabiqədə iştirak arzusunu dilə gətirib:
“Avropada yaşayan türk qardaşlarımdan dəvət almışam. Tezliklə qastrol səfərinə yola düşürəm. Diafraqma dərsləri də almağa başlamışam. Avroviziya yarışmasına hazırlaşıram. Türkiyəni təmsil etməyi çox istəyirəm”
Son günlərdə Əhməd Qayanın “Qum kimi” mahnısını səsləndirən İvana Sərtin ifası izləyiciləri tərəfindən bəyənilməyib. “Hürriyyət” yazarı Əhməd Hakan İvana Sərtə bu barədə narazılığını bildirib:
“İstədiyin mahnını öldür. İstədiyin musiqini zülmün altında inlət. Ancaq “Qum kimi” mahnısına toxunma. O, bizim qırmızı xəttimizdir” .