14 Sentyabr 2014 09:05
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Con Kerri “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının əleyhinə qurulan koalisiyada İranın iştirakını istisna edib.

Teleqraf.com-un BBC-ə istinadən verdiyi xəbərə görə, Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində Misirə gələn John Kerry İslam Dövlətini məğlub etməklə bağlı planları müzakirə edəcək.

C.Kerri-nin sözlərinə görə, növbəti bir neçə gün ərzində hərbi və kəşfiyyat ekspertləri İŞİD əleyhinə koalisiyada birləşən hər bir dövlətin konkret vəzifələrini müəyyən etməyə çalışacaqlar.

Eyni zamanda ABŞ rəsmisi deyib ki, Suriya və digər yerlərdəki olaylarda İranın əli olduğuna görə bu ölkənin koalisiyada iştirakı yersiz görünərdi.

İraqın şimalında 150-dən artıq hava hücumu həyata keçirən ABŞ İraq hökumət qoşunları və kürd döyüşçülərinə kömək etmək üçün bölgəyə çoxsayda müşavirlərini ezam edib. Lakin Vaşinqton İraqa quru qüvvələrinin yeridilməsini istisna edib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər