4 Sentyabr 2019 17:33
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Sünik rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, rayonun Torunik kəndində otlaq yerində iki çobanın cəsədi tapılıb.

Araşdırma zamanı məlum olub ki, Torunik kəndindən olan çobanlar baş nahiyələrinə küt alətlərlə vurulduqdan sonra ov tüfəngindən açılan atəş nəticəsində öldürülüb.

Qətlə yetirilən şəxslərin alt çənə və başın büxtəlif nahiyələrində güllə yarası izləri aşkar olunub.

Olayın hansı zəmində baş verdiyi məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər