“Bir siyasi partiyanın sədri ölkənin prezidenti ola bilməz, buna görə də ehtiyac olsa, Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP başqanı Kamal Kılıçdaroğlu deyib.
CHP başqanı məsələ ilə əlaqədar bu ifadələrə yer verib: “Bir siyasi partiyanın sədri prezident ola bilməz. Prezident seçildikdən sonra bir nəfər parlamentdə namus və şərəfinə and içir. Bu and 600 millət vəkilinin gözü qarşısına içilir.
Amma bu gün gördüyümüz mənzərə başqadır, bitərəf prezident yoxdur. Prezident bitərəf olmalıdır. Bu səbəbdən də, ehtiyac varsa, Konstitusiyanın dəyişdirilməsi lazımdır. Gəlin referendum keçirək”.
Əlavə edək ki, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) başqanıdır.