Məşhur amerikalı aktrisa Skarlet Yohansson adı zorlama olayında hallanan rejissor Vudi Allenin günahsız olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, cazibədar aktrisa ögey qızı Dilan Farrou 7 yaşında olarkən, onu zorladığını iddia etdiyi Vudi Allenə dəstək verib.
Yohansson bu barədə məşhur rejissorla bir neçə dəfə danışdığını bildirib:
“Vudi ilə çox söhbətim oldu. Ona qarşı həmişə dürüst olmuşam, Vudi də mənə qarşı dürüstdür. Vudi günahsız olduğunu deyir və mən ona inanıram”.
Əlavə edək ki, Dilan Farrou 7 yaşında onu zorladığını iddia etdiyi Vudi Alleni məhkəməyə verib.