Taliban hərəkatı həyata keçirdiyi hücumlarla danışıqlar prosesində mövqeyini gücləndirə bilməz. Terrordan müzakirə masasında güclü mövqe qazanmaq üçün istifadə edirlər. Taliban sərhədi aşdı. Ümid edirəm ki, ağıl qalib gələr, bundan sonrası Talibana qalıb.
Teleqraf.com xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi mayk Pompeo bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Talibanla müzakirələri dayandırması qərarının arxasındadır: “Taliban 1 amerikalı əsgərin və 20-dan çox mülki insanın ölümünə səbəb olan hücum təşkil etməklə qırmızı xətti keçdi. Amma o bu hücumlarla danışıqlar masasında mövqeyini heç cür gücləndirə bilməz”.
Dövlət katibi bildirib ki, müzakirələrin yenidən davam etməsi mərhələsi Talibanın bundan sonrakı addımlarına bağlı olacaq: “Biz prosesi yaxından müşahidə edəcəyik”.
Pompoe xatırladıb ki, əldə olunan razılaşmalardan biri də Talibanın Əl-Qaida ilə olan əlaqələrinin tamamilə dayandırması olub, ancaq hərəkat indiyə qədər bu vədini yerinə yetirməyib.
Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Tramp Talibanla aparılan sülh danışıqlarını dayandırıb.