Kraliça II Yelizaveta ümid edir ki, Şotlandiyanın müstəqilliyi haqqında referendumda vətəndaşlar diqqətli olacaqlar.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu Britaniya hökmdarının 18 sentyabrda gözlənilən referenduma dair ilk şərhi olub.
Kraliça bu sözləri Şotlandiyada Balmoral qəsrində kral iqamətgahı yaxınlığındakı kilsənin yanında çıxışı zamanı bildirib.
Daha əvvəl II Yelizavetanın Şotlandiya referendumunun nəticələrinə dair narahatlığının artdığı bildirirlirdi.
Müşahidəçilərin sözlərinə görə, bu qeydlər Şotlandiyanın Böyük Britaniyanın tərkibində saxlanılması tərəfdarlarına dəstək işarəsi kimi anlanıla bilər.
Lakin Buckingham Sarayının yaydığı bəyanatda Əlahəzrət tərəfindən konstitusiya qərəzsizliyinin pozulmadığı vurğulanır.
Samir