11 Sentyabr 2019 10:13
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) çıxarılması tələb olunan sabiq baş nazir Əhməd Davudoğlu və ətrafındakı tanınmış adalar bir araya gələrək özünü müdafiə edib-etməyəcəyini açıqlayacaq.

Teleqraf.com xəbər verir ki, Davudoğlu və komandasının özünü müdafiə etməyəcəyi, bunun yerinə mediaya açıqlama verəcəyi bildirilib.

Davudoğlu və AKP-dən çıxarılan digər 3 nəfərə özünü müdafiə üçün 7 gün vaxt verilmişdi.

Məlumata görə, Davudoğlu və digər şəxslər öz qərarlarını bu gün açıqlayacaq.

Əlavə edək ki, bir neçə gün əvvəl AKP-dən sabiq baş nazirə partiyadan xaric edilməsi barədə yazılı bildiriş göndərilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər