13 Sentyabr 2019 10:30
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada oktyabrın 21-də keçiriləcək parlament seçilərinə Yaşıl Partiyadan namizəd olan Erik Şomann İslam dinini təhqir etdiyinə görə partiyadan qovulub.

Teleqraf.com xəbər verir ki, deputatlığa namizəd sosial şəbəkə hesabında İslam dinini təhqir edən paylaşım edib.

Yediyi donuz ətinin artığının fotosunu paylaşan Erik Şomann “Donuzdan qalanları Məhəmməd karikaturasına etiraz edənlər üçün Danimarkaya yolladıq” ifadəsini yazıb.

Onun paylaşımını Yaşil Partiyanın lideri Elizabet Maya təqdim edən Kanada Müsəlmanları Milli Şurasının direktoru Mustafa Fərrux ondan İslam, müsəlmanlar və Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün tədbir görülməsini xahiş edib.

Mustafa Fərruxun müraciətinə cavab verən partiya lideri Erik Şomannın namizədliyinin ləğv edildiyini və partiyadan qovulduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər