14 Sentyabr 2019 08:54
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Müdafiə Nazirliyi PKK-ya qarşı davam etdirilən "Pəncə-3" hərəkatının uğurla davam etdiyinə dair məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, İraqın şimalında "Pəncə-3" hərəkatı çərçivəsində 2 PKK-lı terrorçunun məhv edildiyi bildirilir.

"Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı koordinasiyalı iş nəticəsində İraqın şimalında yerləşən Kandil rayonunda həyata keçirilən hava əməliyyatı zamanı iki PKK terrorçusunu zərərsizləşdirib", - deyə məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com