Braziliyadakı fermaların birində alov tornadosu yaranıb.
Teleqraf.com xəbər verir ki, təqdim olunan video Santa-Helena-de-Qoyas yaxınlığında lentə alınıb. Yerli fermerlər atmosfer hadisəsindən sonra işi dayandırmaq məcburiyyətində qalıblar.
Alov qasırğası bir neçə yanğın ocağı bir yerə cəmləşdiyi zaman baş verir. Üstdəki hava isinir, sıxlığı azalır. Soyuq kütlələr qızdırılan havanın yerinə daxil olur və davamlı dövran başlayır. Sabit istiqamətli axınlar bir spiralda beş kilometrə qədər yüksəkliyə qalxır. Yanğın bölgəsində yana biləcək hər şey yananadək burulğan yoxa çıxmır.
Qeyd olunur ki, quraqlıq mövsümünün başlaması ilə Amazon meşələri yanğınlar bürüyüb. Yanğın ocaqlarının sayı 2018-ci ildəki 88%-ə çatıb.