15 Sentyabr 2019 15:51
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolton da həmişə Qrehemin istədiyi şeyləri (İrana zərbə) dilə gətirirdi. Görünür onu bu istəklərinə görə qovublar.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ senatoru Lindsi Qrehemin İranın neft obyektlərinə zərbə vurmaq barədə çıxışına münasibət bildirən politoloq Vladimir Bruter deyib.

“Buna görə də məsələ Qrehemi nəyə çağırış etməsində deyil. Burada əsas məqam Trampın ABŞ siyasi elitasını, ya da ən azından onu dəstəkləyən elitanı bunun hansı nəticə verəcəyinə inandırmasıdır. Yaxın vaxtlarda, hətta Boltonun istefasından sonra belə ABŞ-ın İrana qarşı siyasətində əhəmiyyətli dəyişiklik gözlənilmir”, - Bruter bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər