16 Sentyabr 2019 11:31
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı neft yataqları hücuma məruz qalıb. Biz bunun təsadüfən baş vermədiyini düşünür və bunu edənlərin təqsiri olduğuna inanmaq səbəbimiz var. Təqsirkarla bağlı biz hədəfə bağlıyıq və silahlarımız doludur.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.

O, əlavə edib ki, ABŞ hazırda Səudiyyə Ərəbistanından bu hücumum kim tərəfindən olunduğunun bəyan edilməsini gözləyir.

Donald Trampın sözlərinə görə, ər-Riyaddan gələcək cavaba uyğun olaraq addım atacaqlar.

Qeyd edək ki, Donald Trampdan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo çıxış edərək Səudiyyənin neft yataqlarına hücuma görə İranı ittiham edib.

İran İnqilab Keşikçiləri Korpusunun hava qüvvələri generalı Əmir Əli Hacızadə isə bəyan edib ki, ABŞ baza və təyyarə daşıyan gəmiləri İrandan 2 min kilometr məsafədədir və raketlərimiz bu hədəfə çatır.

Tehranın müharibəyə hazır olduğunu söyləyən general bildirib ki, Vaşinqton hərbi hərəkətə keçsə, bu zaman Qətərdəki El-Udeyd, BƏƏ-dəki Az-Zafra və Oman körfəzindəki ABŞ gəmiləri hədəfə alınacaq.

Xatırladaq ki, Səudiyyənin neft sahələri ötən həftə dron hücumuna məruz qalıb. Hücumu Yəməndəki Husilər öz üzərinə götürüb. Amma bu hücumun Husilər tərəfindən edilməsi şübhəli sayılır. Çünki bunun üçün dronlar Yəməndən Səudiyyənin ortasına qədər yüzlərlə kilometr uçmalıdır.

Bu səbəbdən də hücumun İran və ya İraqın şimalındakı şiə polisləri tərəfindən ola biləcəyi versiyası üzərində dayanılır.


Müəllif: Cavad

Oxşar xəbərlər