Türkiyənin İzmir vilayətinin Çeşme rayonunda 3,3 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, zəlzələ yerli vaxtla saat 22:44-də qeydə alınıb.
Zəlzələlərin episentri 17,2 kilometr dərinlikdə yerləşib.
Egey dənizində baş verən zəlzələnin maqnitudasının 3,2 olduğu da deyilir.
Zəlzələnin axşam saatlarında baş verməsi vətəndaşların gərginliyinə səbəb olub. Nəticədə İzmir sakinləri küçəyə çıxıblar.