19 Sentyabr 2019 20:39
1 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Aerokosmik və Texnologiya Festivalına (TEKNOFEST) qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdarla vətəndaş arasında maraqlı dialoq yaşanıb.

Teleqraf.com xəbər verir ki, TEKNOFEST İdarə Heyətinin sədri Səlcuq Bayraqdarın yanına gələn şəxsin istəyinə müsbət cavab verməsi rəğbətlə qarşılanıb.

Jurnalistlərə müsahibə verərkən orta yaşlı şəxs Bayraqdara yaxınlaşaraq “Hərbi Hava Qüvvələri Akademiyasına daxil olmaq istəyirdim, amma imkansızlıq ucbatından arzumun arxasınca gedə bilmədik. Ən böyük xəyalım buradakı təyyarələrdən birinə minməkdir” deyib.

Bayraqdar köməkçilərinə müraciət edərək “Mehmət bəyə deyək, dayını uçurtsunlar” təlimatını verib.

İlginc dialoq ətrafdakılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Türkiyənin ilk milli S/İHA Sistemi Bayraktar TB2-nin yaradıcısı olan Səlcuq Bayraqdar ölkə başçısının qızı Süməyya Ərdoğanın həyat yoldaşıdır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər