20 Sentyabr 2019 14:19
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriya ordusuna İsrail təyyarələrinə qarşı S-300 zenit-raket komplekslərindən (ZRK) istifadə etməyə icazə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən “Avia.pro” portalı məlumat yayıb.

“Rusiya Suriya hərbçilərinə S-300-ləri tam döyüş hazırlığı vəziyyətinə gətirməyə və ən kiçik təhlükə olduqda İsrail təyyarələrinə hücum etməyə icazə verib”, – deyə nəşr mənbədən sitat gətirir.

ZRK-dən istifadə etməyin bütün məsuliyyətini Suriya tərəfi daşıyacaq.

Rusiya komandanlığının bu qərarı İsrail F-35-lərinin Suriya ərazisinə növbəti hücumlarından sonra verilib. Moskvanın İsraillə razılığına uyğun olaraq Tel-Əviv bu cür tədbirlərə əl atmamalı idi, lakin yəhudi dövləti son zamanlar bu razılaşmanı dəfələrlə pozub.

2018-ci ilin sentyabr ayında F-35-lərin beşinci nəsil S-300-lərlə mümkün toqquşmasını qiymətləndirən hərbi ekspert Rusiyanın hava hücumundan müdafiə sistemlərinin F-35-i vura bilməyəcəyini söyləmişdi. Bu təyyarələr İsrailə ABŞ tərəfindən çatdırılıb və İsrail mütəxəssisləri tərəfindən onların üzərində işlər yekunlaşdırılıb. Elə həmin ilin yazında İsrail Hərbi Hava Qüvvələri dünyada ilk dəfə olaraq F-35-ləri döyüş hazırlığına qəbul etdiyini elan edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər