21 Sentyabr 2019 09:46
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya parlamenti cütlüyün evlənmədən birgə yaşamasını, nikahdankənar cinsi əlaqəni, prezidenti təhqiri qadağan edən və abort qərarını həkimlərə verən yeni qanun layihəsini təsdiq etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, Hollandiya müstəmləkəsi dönəmindən qalma qanun layihəsi 20 ildir parlamentin müzakirəsində idi.

Yekun forması müəyyən olunan və cəmiyyətdə etiraz yaradan 628 maddəlik qanun layihəsinin bu ayın sonundan əvvəl təsdiq edilməsi gözlənilir.

İndoneziyadakı insan haqları təşkilatları layihənin qadınların, dini azlıqların və LGBT icması üzvlərinin hüquqlarını pozduğunu bildirib.

Beynəlxalq İnsan Haqlarını Müşahidə Təşkilatının (Human Rights Watch) yetkilisi Andreas Harson bunu bütün indoneziyalılar üçün “fəlakət” adlandırıb.

Dünyada ən çox müsəlmanın yaşadığı ölkə olan İndoneziyada bu qanun layihəsinin ən çox etiraz yaradan maddələri zina və ya sekslə bağlıdır. Çünki layihədə nikahdankənar cinsi əlaqəyə görə həbs təklif olunur.

Habelə layihə təsdiq olunsa, evlənməzdən əvvəl nikahsız “ər-arvad kimi yaşayan” cütlük ya həbs olunacaq, ya da 1000 dollar cərimə olunacaq, abortlara isə ancaq həkimlər qərar verəcək, nikahdankənar hamilə qalanlar 4 il azadlıqdan məhrum ediləcək.


Müəllif: Yalçın Uğur

Oxşar xəbərlər