22 Sentyabr 2019 23:58
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Syantan şəhərində yük maşını piyadaların üzərinə sürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Çinin İctimai Təhlükəsizlik Nazirliyinin Yol Xidmətindən bildiriblər.

Məlumata əsasən, insident nəticəsində 10 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, hadisə yerli vaxtla səhər saat 08:40-da baş verib. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Yük maşının sürücüsü polislər tərəfindən saxlanılıb, araşdırma aparılır.


Müəllif: Teleqraf.com