15 Sentyabr 2014 21:29
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü qasırğa səbəbi ilə minlərlə insan Meksikanın şimal-qərbində Los Kabos kurort şəhərinin lüks mehmanxanalarına sığınıb.

Teleqraf.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, Kaliforniya yarımadasında küləyin sürəti saatda 205 kilometrə yüksəlib.

ABŞ-ın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, qasırğa 30 santimetrlik yağışla müşayiət edilir. Şiddətli külək elektrik enerjisinin kəsilməsinə səbəb olub, işıq dirəkləri və ağacları kökündən qoparıb.

Sinoptiklər hava şəraitinin həyati təhlükəyə malik olan daşqınlar və torpaq sürüşmələrinə yol açacağını proqnozlaşdırır.

Meksikanın Dövlət Mülki Müdafiə Komitəsinin sözçüsü Luis Felipe Puente 30 min insanın sığınaqlarla təmin ediliyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər