Danimarkada polis məmuru ölü adamın pul kisəsindən oğurluq etməkdə günahlandırılır.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, məlumatı Danimarka Müstəqil Polis Şikayətləri İdarəsi (DUP) təsdiqləyib.
Verilən məlumatlarda polislərin ötən cümə günü bir çağırışı qəbul etdikləri və hadisə yerinə gedəndə ölü bir adam tapdıqları bildirilir.
Növbəti gün isə polislərdən birinin ölü adamın pul kisəsindən bir miqdar pul oğurladığı məlumatı daxil olub. Danimarka Polis İdarəsi mövzu ilə əlaqədar istintaqa başlayıb və sözügedən məmur həbs olunub. Aparılan axtarışda polisin üzərindən ölü adamın pul kisəsindən oğurlanan məbləğlə eyni miqdarda pul çıxıb.
Polisin yaxın günlərdə məhkəməyə veriləcəyi açıqlanıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.