İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu müğənni Tarkanın “Harbiye”də baş tutan konsertində iştirak edib.
Teleqraf.com xəbər verir ki, Əkrəm İmamoğlu həyat yoldaşı Dilək İmamoğlu ilə Tarkanın sevilən mahnılarını dinləyiblər.
Tarkan Əkrəm İmamoğluna təşəkkür edib: “Gülər üzünüz, səmimi olmağınızla İstanbula gün kimi doğdunuz. İnşallah, çox gözəl işlər görəcəksiniz. Sizə inanırıq, yanınızdayıq. Sizi sevirik”.