Çində avtomobil və dəmir yolu nəqliyyatı üçün nəzərdə tutulmuş dünyanın ən böyük körpüsünün tikintisi başa çatıb.
Teleqraf.com-un məlumatına görə, Fuçjou şəhərini Pintan adası ilə birləşdirən körpünün uzunluğu 16,3 kilometr təşkil edir.
İkiyaruslu körpünün üst hissəsində 6 xətli avtomobil yolu, alt hissəsində dəmir yolu yer alacaq.
Körpünün tikintisi 2013-cü ilin noyabrında başlayıb və dəyəri 1,5 milyard dollara yaxın olub. Onun 2020-ci ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.