Səudiyyə Ərəbistanı ölkəyə səyahət məqsədilə gələn xanımların başına çarşab bağlaması qadağasını götürəcək.
Teleqraf.com xəbər verir ki, bunu Səudiyyənin turizm naziri Əhməd əl-Katib bildirib.
“Blomberq”ə danışan nazir deyib ki, ölkədə son illər böyük dəyişikliklər olub: “Çarşab taxmaq çətinliyi aradan qaldırılsa da, xarici ziyarətçilərin geyimləri məsələsində müəyyən şərtlər olacaq”.
Nazir əlavə edib ki, ölkə daxilində yaşayan qadınların baş örtüyünün götürülməsi məsələsi müzakirə olunmur.