1 Oktyabr 2019 14:02
14 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ öz vətəndaşı Cuehua Penqi Çin kəşfiyyatına işləməkdə ittiham edir.

Teleqraf.com xəbər verir ki, ABŞ prokurorları Penqin Çin Dövlət Təhlükəsizlik Nazirliyinə məxfi informasiyalar sızdırdığını iddia edir.

56 yaşlı Penq 2015-2018-ci illərdə otel nömrələrində 5 dəfə gizli məlumat mübadiləsi həyata keçirilməkdə təqsirli bilinir.

Ötən həftə Kaliforniyada saxlanılan Penq haqqında həbs qərarı çıxarılıb. Prokuror Devid Anderson bildirib ki, casusluq prosesində həm ənənəvi metodlardan, həm də son texnoloji yeniliklərdən istifadə edilib.

Məlumata görə, Federal Təhqiqatlar Bürosunda (FTB) işləyən ikitərəfli casus ABŞ-a Penqin pul qarşılığında Çin kəşfiyyatına məlumatlar verdiyini bildirib. Məlum olub ki, Penq SD və DVD disklər alıb və içi dolu informasiyalarla Çin kəşfiyyatına çatdırıb.

Milli təhlükəsizlik üzrə prokuror köməkçisi Con Demers Penqin həbsinə “Çin kəşfiyyatı ABŞ-a ayaq basmadan məlumat toplamaq əməliyyatına zərbə endirilib” şəklində reaksiya göstərib.

Bildirilir Penq 2006-cı ildə ABŞ-a müvəqqəti işçi vizası ilə daxil olub, sonra müddətsiz oturum icazəsi alıb, 2012-ci ildə ABŞ vətəndaşı ilə evləndikdən sonra bu ölkənin vətəndaşı olub.

O, uzun illər çinli tələbələr və turistlər üçün San-Fransiskoda səfərlər hazırlayırmış.


Müəllif: Cavad