19 Oktyabr 2019 16:24
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu ABŞ Prezidenti Donald Trampın türk həmkarı Rəcəb Tayyib Ərdoğana təhqiramiz məktubundan danışıb.

Teleqraf.com xəbər verir ki, keçmiş baş nazir sözügedən məktubun geri qaytarılmalı olduğunu deyib.

ABŞ prezidentinin bu addımının qəbuledilməz sayan Davudoğlu qeyd edib:

“Bu məktub ABŞ-a geri qaytarılmalı və dövlət qeydiyyatından çıxarılmalıdır. Heç bir səbəb bu məktubun dövlət arxivində qalmasına legitimlik qazandıra bilməz.

Suriyada keçirilən əməliyyat Trampa dərs vermək üçün deyil, Türkiyənin qayğıları üçün keçirilir. ABŞ-a müraciət edilərək, bu məktubun geri alınması tələb olunmalıdır”.

Donald Tramp bir neçə gün əvvəl həmkarına göndərdiyi məktubda onu “axmaq” adlandıraraq, Türkiyə iqtisadiyyatını yox etməklə təhdid etmişdi.

Məktub tərəflər arasında diplomatik gərginliyə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər