ABŞ hökuməti planetin ən zəngin adamı İlon Maskın ölkənin yeni seçilmiş Prezidenti Donald Trampın xarici liderlərlə telefon danışıqlarında iştirakı ilə bağlı iddiaları şərh etməyib.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidentinin müşaviri Ceyk Sallivan jurnalistlərin sualına birbaşa cavabdan yayınıb.
“Mənim bu məsələ ilə bağlı heç bir şərhim yoxdur, ancaq mətbuatda yazılanları görmüşəm. Onlar (yeni administrasiya) xarici liderlərlə qarşılıqlı fəaliyyətlə bağlı öz qərarlarını verəcəklər”, - ölkə rəsmisi bildirib.