10:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qırğızıstan Azərbaycanın "yaşıl enerji" təşəbbüslərini dəstəkləməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Qırğızıstanın energetika naziri Taalaybek İbrayev noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib: “Yaşıl enerji” dəhlizləri və zonalarının inkişafı iqlim dəyişikliyi və “təmiz elektrik enerjisi” istehsalı məsələlərinin qlobal səviyyədə həlli üçün əsas təşkil edir. Bütün ölkələrin energetika nazirliklərinin qarşısında çətin vəzifə durur: istixana qazı emissiyalarını azaltmaq və eyni zamanda əhalini “təmiz yaşıl elektrik enerjisi” ilə təmin etmək. "Yaşıl strategiya”nın həyata keçirilməsi və 2050-ci ilə qədər sıfır emissiya səviyyəsinə nail olmaq çərçivəsində energetika nazirlikləri “təmiz enerji”nin istehsalı, saxlanması, tranziti və təchizatı üzrə innovativ texnologiyaların tətbiqi ilə enerji balansı strukturunda hər il bərpa olunan enerji mənbələrinin payını artırmalıdır.. "COP29-un iki bəyannaməsinə qoşulmaq iştirakçıları ənənəvi enerji resurslarından asılılığın azaldılması və “təmiz enerji”nin inkişafı üzrə kompleks tədbirlər görməyə məcbur edir. Bu o deməkdir ki, mövsümi dəyişikliklərə və hava şəraitinə qarşı güclü və dayanıqlı “yaşıl generasiya” sistemi yaratmaq lazımdır. Yəni yeni külək, günəş və su elektrik stansiyaları, enerji infrastrukturları inşa etmək, kadr potensialını artırmaq, enerjiyə qənaət edən, enerji səmərəli texnologiyalara keçmək lazımdır".

T.İbrayev qeyd edib ki, bu istiqamətdə Qırğızıstanda kiçik su elektrik stansiyalarının, yeni günəş elektrik stansiyalarının tikintisində bum müşahidə olunur. Ölkə sürətlə “yaşıl enerji”nin yeni dövrünə keçir. “Yaşıl enerji” dəhlizləri, zonaları və “təmiz enerji”nin saxlanması texnologiyalarının yaradılması, vahid fəaliyyət planının hazırlanması və iqlim maliyyəsinin gücləndirilməsi üzrə Azərbaycan tərəfinin təşəbbüslərini dəstəkləməyə hazırıq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər