11:48
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifətçilər Nikol Paşinyan hökumətindən narazıdırlar, çünki hələlik hakim komanda üzvlərini öldürərək zərərsizləşdirə bilməyiblər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müxalif deputatlarının Baş nazir Nikol Paşinyana qarşı təhdidedici açıqlamlarını şərh edən politoloq Daniel İoannisyan deyib.

“Məsələn, bu düşərgənin başında duran Robert Köçəryan 20 il əvvəl “soyğunçu” ifadəsinə görə ayaqyolunda kimisə cangüdəni vasitəsilə qətlə yetirən prezident deyilmi? İndi müxalifətçilərin söylədikləri də bunun davamıdır”, - ekspert bildirib.

İoannisyan hesab edir ki, revanşistlər dövlət məmurlarına hücum edə, hətta onları öldürməyə cəhd edə bilərlər:

“Dörd il əvvəl Milli Məclisin sədrini (Ararat Mirzoyan) elə döydülər ki, öldüyünə əmin olmuşdular. Məncə, bu, sui-qəsd cəhdi idi. Yaxınlarda Milli Təhlükəsizlik Xidməti təxribat törətmək üçün Rusiyada təlim keçmiş bir qrupu həbs etdi. Təəssüf ki, bu fantaziya deyil”.

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti təhlükənin real olduğunu bildiyi üçün öz təhlükəsizliyini gücləndirib.

“İcazə verməməliyik ki, kimlərsə bizim ölkəmizdə xalq tərəfindən seçilən baş naziri öldürməyə çalışsın”, - İoannisyan əlavə edib.

O xatırladıb ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının bəzi deputatlarının ofislərini partlatmağa cəhd edən müxalif fəallar olub: “Mən elə bir təsəvvür yaratmaq istəmirəm ki, bütün müxalifətçilər iqtidar nümayəndələrini öldürməyə çalışırlar, amma bəli, bu haqda düşünən bəzi dairələr var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər