12:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan COP29-u çox yüksək səviyyədə təşkil edib".

Bu sözləri Teleqraf.com-a Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev deyib.

"Qazaxıstan da iqlim problemlərinin həllində böyük təşəbbüsə malikdir. COP29-dan sonra biz qeyri-metal istehsalatının əsas olduğu bir dövrə girəcəyik. Növbəti təşəbbüsümüz ondan ibarətdir ki, biz nəhəng karbon torpaq yatağı istehsalına başlayacağıq", - deyə o vurğulayıb.

Nazir müavini Azərbaycan və Qazaxıstan arasındakı əməkdaşlıqdan da danışıb: "Qazaxıstan və Azərbaycan iqlim məsələlərində böyük əməkdaşlıq içərisindədir. Yaxın günlərdə Azərbaycan və Qazaxıstan əlaqələrin intensivləşdirilməsi üzrə "Yol xəritəsi” imzalanıb. Qəbul olunmuş "Yol xəritəsi”nə uyğun olaraq bir çox sahələrdə konkret addımlar atacağıq. Bu sənəd ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahələrdə də əməkdaşlığı əhatə edir.

Biz iki ölkə arasında iqlim siyasəti ilə də maraqlanırıq. Azərbaycanın və Qazaxıstanın iqlim məsələlərində böyük imkanları var".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər