20 Oktyabr 2019 10:59
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Futszya əyalətində fabrikdə yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, yanğın nəticəsində 4 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Bildirilir ki, insident Nanan şəhərində sanitariya məmulatlarının istehsalı üzrə müəssisədə olub. Hazırda yanğın söndürülüb.

Yanğının səbəbi barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com