20 Oktyabr 2019 23:11
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ-ın Corciya ştatında keçirilən təlimlərdə ölkənin üç hərbi qulluqçusu həlak olub, üç nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "WKRG" yerli telekanalı bildirib.

Faciənin təlim meydanında Fort Stüartdakı 3-cü piyada diviziyasının 1-ci Zirehli Briqadasının təlimlərində iştirak edən Bradley zirehli texnikasının uğradığı qəza nəticəsində baş verdiyi bildirilir.

Hərbiçilərin ölümü yerindəcə müəyyənləşdirilib, zərərçəkənlər xəstəxanaya aparılıb.


Müəllif: Teleqraf.com