İsveç kralı 16-cı Karl Qustafın içində olduğu maşın saraydan çıxıb hava limanına gedərkən yol qəzası keçirib.
Teleqraf.com-un hurriyyət.com-a istinadən verdiyi xəbərə görə, kral qəzadan yara almadan xilas olub. Hadisə Drottningholm Sarayından Bromma Hava Limanına gedərkən baş verib.
Daha sonra kral digər maşına oturaraq yoluna davam edib. Qəzada heç kəsin xəsarət almadığı bildirilir. Ancaq kralın maşınına ciddi ziyan dəyib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.