Türkiyədə ata zehni cəhətdən əlil olan qızını zorlayıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tikintidə rəngsaz işləyən 46 yaşlı Əkrəmin əqli cəhətdən qüsurlu olan 20 yaşlı qızı A.E.-yə 3 ildir təcavüz etdiyi irəli sürülüb.
Polisin verdiyi məlumata görə, hadisə Antalyanın Həbiblər məhəlləsində baş verib. 4 uşaq atası Əkrəm E. əlil qızı A.E-yə 3 ildir təcavüz edib. Təcavüzlərdən doğulan körpələrin də evin bağçasına basdırıldığı iddia edilib. Hadisənin üstü adı gizli saxlanılan qonşunun polisə müraciətindən sonra açılıb.
Evə basqın edən polis, ata Əkrəm .E. və xanımı C.E-ni nəzarətə alıb. Cütlüyün uşaqları 20 yaşlı H, 13 yaşlı A. və 10 yaşlı A. ifadələri alınmaq üçün polis idarəsinə aparılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Rüstəm