1 Noyabr 2019 10:58
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın tikinti və hərbi sektorunda istifadə edilən bir sıra materialların ticarətinə qadağa qoyan sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Dövlət katibi Mayk Pompeo tərəfindən yayılan açıqlamada rəsmi Tehrana yönəlik sanksiyaların sərtləşdiriləcəyi bildirilib.

Pompeo İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) nəzarətində olan tikinti sektorunun hədəf alındığını deyib.

Mayk Pompeo, habelə İranın nüvə və ballistik raket proqramlarında istifadə olunan 4 avadanlığın alınmasına qadağa qoyduqlarını qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər