Bu gün Türkiyə-Suriya sərhəddinin rus və türk hərbçilərinin ortaq patrul xidməti fəaliyyətə başlayıb.
Teleqraf.com xatırladır ki, Fərat çayının şərqində terrorçulara qarşı başlanan “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Soçidə əldə olunan razılaşmaya əsasən YPG terrorçuları 150 saat ərzində Türkiyə ilə sərhəddən Suriyanın içərisinə doğru 30 kilometr çəkilməli və həmin ərazilərdə türk və rus hərbçilər ortaq patrul xidməti həyata keçirməli idi.
Artıq bu gün rus və türk hərbçilər Mardinin Suriya ilə sərhədlərində ilk ortaq patrul xidmətinə başlayıb.
Türkiyə Milli Müdafiə Nazirliyi bəyan edib ki, Rysiya ilə 2019-cu ilin 22 oktyabrında Soçidə əldə olunan razılaşma çərçivəsində rus və türk əsgərləri və dronların iştirakı ilə ortaq patrul xidməti Fərat çayının şərqindəki Derbesiyə bölgəsində başlanıb.
Ortaq patrul xidməti sayəsində Türk Silahlı Qüvvələri YPG/PKK terror təşkilatının təhlükəsizlik bölgədən çıxıb-çıxmnadığını araşdıracaq.