3 Noyabr 2019 00:25
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin həmməruzəçisi Nils Melzer İngiltərədə həbsdə olan “Vikiliks” saytının qurucusu Julian Assancın həbsxanada zorakılığa məruz qaldığını və həyatının təhlükədə olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Melzer ağır şərtlər altında saxlanılan Assancın ölümlə üzləşdiyini istisna etməyib.

47 yaşlı Julian Assanc “zaminlə sərbəst buraxılma şərtlərini pozma” ittihamı ilə bir illik həbs cəzasını çəkmək üçün aprel ayından həbsxanada saxlanılır.

Assanc bundan əvvəl barəsində təcavüz ittihamı ilə əlaqədar İsveçə deportasiya olunmaması üçün 7 il Ekvadorun İngiltərə səfirliyində yaşamışdı.

O həbs olunandan bu yana ilk dəfə keçən həftə məhkəmə prosesində ictimaiyyət qarşısına çıxıb. Assanc məhkəmədə verdiyi açıqlamada saxlanıldığı Belmarş həbsxanasındakı vəziyyətdən şikayət etmiş, bu haqda yazdıqlarının aidiyyəti qurumlara çatdırılmadığını demişdi.

“Vikiliks” saytının rəhbəri İngiltərə, ABŞ və digər ölkələrə məxsus məxfi dövlət sənədlərini yayımlamaqla məşhurlaşıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər