Suriya Milli Ordusu (SMO) Suriyanın şimalında, Eyn-İsa bölgəsi yaxınlığında pilotsuz uçan aparatı (PUA) zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb. Məlumata görə, sözügedən PUA PKK/YPG terror təşkilatına aid olub.
Qeyd edək ki, YPG/PKK terror təşkilatının "Sülh çeşməsi" (Barış pınarı) bölgəsindən çəkilməsi üçün ABŞ və Türkiyə arasında 17 oktyabrda imzalanan razılığa baxmayaraq, Tel-Abyad və Rasulyan bölgələrində hücumlar davam etdirilir. Terror təşkilatı bu hücumlarda PUA-lardan geniş istifadə etdiyi bildirilir.