ABŞ və Türkiyə arasında gərginliyə səbəb olan PYD/YPG terror təşkilatı ilə bağlı daha bir faktın üstü açılıb.
Teleqraf.com xəbər verir ki, türk ordusunun Suriya əməliyyatı çərçivəsində terror təşkilatının Rəsulayndakı düşərgəsinə olan basqında ABŞ istehsalı olan silahlar ələ keçirilib.
Silahlar terror təşkilatının yeraltı anbarında aşkar edilərək götürülüb.
Bölgədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Fotoları təqdim edirik: