5 Noyabr 2019 15:46
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk aktrisa Tuba Büyüküstünün sevgilisi Umut Evirgen dostu, iş adamı Alı Akını döyüb.

Teleqraf.com xəbər verir ki, iddiaya görə, Umut Evirgen beş mühafizəçisi tərəfindən yerə uzadılan Alı Akına dəfələrlə yumruq zərbəsi vurub.

Buna səbəb “Gizli qalsın” adlı məkanda birlikdə oturan Umut Evirgenin Alı Akına söyüş söyməsi olub.

Məkanı tərk edən iş adamı təkrar Umutla danışmağa gələn zaman bu hadisə yaşanıb. Burnu qırılan iş adamı xəstəxanaya aparılıb.

O, Umut Evirgendən polisə şikayət edib. Haqqında cinayət işi açılan Umut Evirgenin 8 ilə qədər həbs tələb edilib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər