ABŞ-ın “Axios” xəbər saytı Dövlət Departamentinin 6 ay əvvəl Fələstinə 12 milyon dollarlıq yardımının kəsilmədiyini, lakin həmin vəsaitin Fələstin hakimiyyətinə yönəldilmədiyini üzə çıxardığını yazıb.
Teleqraf.com xəbər verir ki, Dövlət Departamenti faktı İsrailin Vaşinqtondakı səfiri Ron Dermer və digər rəsmilərin bu yardımın İsraillə birgə çalışan Fələstinin Qərbi Şəriə bölgəsindəki hüquq-mühafizə orqanlarına verilməsinə dair tələbdən sonra ortaya çıxarıb.
Yardımın İsrail Baş naziri Binyamin Netanyahu üçün vacib olduğunu deyən israilli rəsmilərə Dövlət Departamentinin cavabı belə olub: “Qərar Donald Trampdan asılıdır”.
Nəşr amerikalı rəsmilərə istinadla qeyd edib ki, Tramp bu tələblə bağlı sərt mövqe ortaya qoyub. O deyib: “Bu yardım Netanyahu üçün bu qədər önəmlidirsə, o zaman pulu özü ödəsin”.
Xatırladaq ki, Netanyahu daha əvvəl Tramp hakimiyyətindən Fələstin hüquq- mühafizə orqanları üçün verilən yardımların kəsilməsini xahiş edirdi. Son zamanlar o, Fələstinlə buzların əriməsi fonunda yardımların davam etməsi üçün müraciət etmişdi.