10 Noyabr 2019 19:15
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran şənbə günü BMT-nin müfəttişinin ötən həftə nüvə təsisinə daxil olmasının qarşısını almaq qərarını müdafiə edib.

Teleqraf.com-un məlumatına görə, İranın atom agentliyinin sözçüsü Bəhruz Kamalvandi deyib ki, İran höküməti qadın müfəttişin oktyabrın 28-də Natanaz nüvə təsisinə daxil olmasına icazə verməyərək “hüquqi baxımdan” yanlış hərəkət etməyib.

İran iddia edir ki, müfəttiş üzərində aparılan partlayıcı nitrat testinin nəticələri müsbət çıxıb. BMT-nüvə nüvə agentliyi isə bu iddianı rədd edib.

"Bu qadının təsisə daxil olmasına icazə verilməməsinə səbəb odur ki, onun üzərində bəzi maddələr daşıdığına dair şübhələr vardı”, Kamalvandi ittihamlarla bağlı söyləyib.

O əlavə edib ki, İran onun daxil olmasının qarşısını alıb, akkreditasiyasını ləğv edərkən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əldə etdiyi razılığın çərçivəsindəki “hüquqlarından” istifadə edib.

Bu ilk dəfədir ki, İran dünya qüdrətləri ilə əldə olunan nüvə razılığı ətrafında gərginliyin olduğu bir vaxt müfəttişin nüvə təsisinə daxil olmasının qarşısını alıb. ABŞ razılıqdan bir il öncə geri çəkilib.

Kamalvandi deyib ki, İran təftişlərə heç bir məhdudiyyət tətbiq etməyib.

“Biz təftişlərə açığıq”, o deyib və “təxribat və məlumatların sızdırılması ”kimi sözlərdən istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edib.

Dövlət televiziyasında Kamalvandinin bu sözləri Fordo nüvə təsisində söylədiyi göstərilib. İran cümə axşamı orada nüvə zavodlarında yanacaq kimi istifadə olunacaq az zənginləşdirilmiş uranın istehsal edəcək sentrifuqalara uran qazı yeridib.

2015-ci ildə əldə olunan razılığa əsasən İran 2030-cu ilədək həmin təsisdə uranı zənginləşdirməməliydi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər