ABŞ-ın Müdafiə Nazirliyi yenidən Rusiya və Çini Birləşmiş Ştatlar üçün ən təhlükəli ölkələr adlandırıb.
Teleqraf.com xəbər verir ki, nazirlik Çini ABŞ üçün "daha çox təhlükə"li adlandırıb.
"ABŞ-ın Milli Təhlükəsizlik strategiyası böyük dövlətlərin rəqabətinin bərpa olunmasına əsaslanır. Çin və Rusiya ABŞ üçün ən ciddi təhlükəli ölkədir. Çin sürətlə artan iqtisadiyyatla daha çox təhlükə təhdid edir", - deyə bəyanatda iddia edilir.
ABŞ-ın Müdafiə Nazirliyinin versiyasına görə, Pekin Çinin milli ordu olmayan Xalq Azadlıq Ordusuna sərmayə yatırır.