14 Noyabr 2019 12:40
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı respublikaçı senator Lindsey Qraham “erməni soyqırımı” qətnaməsini tanımağı təklif edən qanun layihəsinin səsverməyə çıxarılmasını bloklayıb.

Teleqraf.com xəbər verir ki, demokrat senator Bob Menendez qondarma soyqırımın rəsmən tanınmasını təklif edən qərar layihəsinin Senatda səsverməyə çıxarılmasını tələb edib.

Bu tələbdən sonra Lindsey layihənin təsdiqlənməsinə etiraz edərək səsverməni bloklayıb: “Bir müddət əvvəl Türkiyənin Suriyadakı əməliyyatları ətrafında yaranmış problemlər barədə Tramp və Ərdoğanla danışdım. Ümid edirəm ki, Türkiyə və Ermənistan bir araya gələrək öz aralarında həll edəcəklər. Senatorlar tarixi yenidən yazmamalı və onu olduğundan fərqli göstərməməlidir”.

Qraham bu qərarı tarixi nöqteyi-nəzərdən yox, ABŞ-Türkiyə münasibətlərinin gələcəyi baxımından verdiyini bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatası bir müddət əvvəl qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul edilib. Qətnamə rəsmən qüvvəyə minməsi üçün Senatda müzakirə edilməli idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər