14 Noyabr 2019 14:45
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan hökuməti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə nümayəndəliyinin açılması üçün parlamentə qanun layihəsi təqdim edib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsində nümayəndəlik və burada işləyəcək diplomatlara toxunulmazlıq hüququnun verilməsi təklif olunub.

Nümayəndəliyı diplomatik statusun verilməsi diplomatların cinayət prosedurandan, vergi və gömrük rüsumlarından azad edilməsi, habelə nümayəndəliyin binasına polisin girməməsi deməkdir.

Layihə parlamentə Macarıstanın xarici işlər naziri Peter Şikkarto tərəfindən təqdim edilib.

Bu addım “macarlar və türklər arasında tarixi və mədəni bağlar” prinsipi ilə atılıb.

Macarıstan hökuməti ilə rəsmi Bakı, o cümlədən Ankara arasında yaxın münasibətlərin olduğu bəllidir. Macarıstan Baş naziri Viktor Urban yaxın günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində iştirak etmək üçün Azərbaycana gəlmişdi. Urban eyni zamanda Azərbaycan ərazilərini işğal edən Ermənistanı işğalçı kimi tanıyan siyasətçidir.

2009-cu ildə Naxçıvanda qurulan Türk Şurasına Türkiyə, Azərbaycan, Qırğızıstan, Türkmənistan və Qırğızıstan üzvdür. Macarıstan keçən ildən bu yana şurada müşahidəçi qismində iştirak edir.

Türk Şurasına sədrlik bu ildən Azərbaycana keçib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər