15 Noyabr 2019 11:20
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə “Aləm” jurnalına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, sosial şəbəkəni çox sevdiyini deyən Nəsrin Cavadzadə tənqidi şərhlərə üzüldüyünü etiraf edib: “Yalan deyə bilmərəm ki, şərhləri oxumuram. Oxuyuram və bəzən çox üzülürəm. Anama zəng edib, şikayətlənirəm. Anam təəccüblənir və deyir ki, 15 ildir bu sahədəsən və yenə də pis olursan”.

Aktrisa “Bir gününüz necə keçir” sualına belə cavab verib: “İşləmədiyim günlərdə az da olsa özümə yaxşı baxmağa çalşıram. Səhər tez oyanıram, pişiklərimə vaxt ayırıram. Evdə səhər yeməyi yeyirəm, idmana gedirəm. Sevdiyim restorana baş çəkirəm. Həftədə ən az bir gün baxım günü elan edib, üz baxımına və massaja gedirəm. Hər zaman yaxşı qidalanıram” .

Nəsrin Cavadzadə formada qalmasının da sirrini açıqlayıb: “Şəkər əvəzinə yağ yeyirəm. Un məmulatlarından uzaq dururam. Tərəvəz, meyvə və balıqla qidalanıram”.

Nəsrin Cavadzadə sərt görünüşə sahib olmasını belə izah edib: “Sərt görünməyim Şir bürcü olmağımdan irəli gəlir. Amma romantik və duyğusalam”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər