“Uzun müddətdir Suriya Demokratik Qüvvələri ilə işləyirik, onlarla əməkdaşlığa və təlim verməyə davam edirik”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin generalı Erik Hill deyib.
“Assoşieyted Press”ə danışan general hələlik ABŞ-ın kürdlərlə işbirliyinə ehtiyacının olduğunu etiraf edib:
“ABŞ Suriya Demokratik Qüvvələrinin yanında yer alıb. Bu işbirliyi davam edəcək, məncə, arada güclü əlaqələr var”.
Hill SDQ terror təşkilatının ABŞ hərbi qüvvələri ilə birlikdə Suriyadakı neft sahələrini mühafizə etdiyini bildirib.